Sosial şəbəkədə biz:

Hələbdə atəşkəs razılaşdırıldı, müxaliflər geri çəkilir - Türkiyə şərtləri açıqladı

14 December 2016, 10:35
Gündəm
"Hələbdə əldə edilən razılığa əsasən, müxaliflər İdlib istiqamətində şəhəri tərk edəcəklər.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müstüoğlu jurnalistlərə açıqlamasında deyib.
"Şərqi Hələbdə müxaliflərlə rus əsgərləri arasında atəkəş əldə edildiyini söyləyə bilərik. Birinci mərhələdə mülki şəxslərin, ardınca da müxalif döyüşçülərin İdlib istiqamətində şəhəri tərk etmələri nəzərdə tutulub. Son günlər Hələb konflikti ilə bağlı səylərimiz getdikcə artırıldı. Atəşkəs razılığına ciddi nəzarət ediləcək”, - sözçü bildirib.