Sosial şəbəkədə biz:

Kəmaləddin Heydərovla Rövnəq Abdullayev uçan estakadaya getdi

16 December 2016, 12:54
Gündəm
Bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayev Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft-Yığım Məntəqəsində yerləşən estakadanın bir hissəsinin dənizə uçması ilə əlaqədar hadisə yerinə gediblər. Bu haqda Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Hazırda K.Heydərovla R.Abdullayev hadisə baş vermiş əraziyə baxış keçirərək itkin düşmüş neftçilərin axtarışında iştirak edən müvafiq qurumların rəhbərləri ilə operativ müzakirə keçirirlər.