Sosial şəbəkədə biz:

Taksilərə qadağa qoyuldu - Yeni qanun parlamentdə qəbul olundu

16 December 2016, 14:19
Gündəm
Azərbaycanda taksi fəaliyyəti ilə bağlı yeni qadağa tətbiq ediləcək.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.
Məcəlləyə edilən əlavəyə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağan edilir. Bu qaydanı pozanlar 40 manatdan 50 manata qədər cərimə ödəməli olacaqlar.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.