Sosial şəbəkədə biz:

“Camaatı gic yerinə qoymusuz?!” - Xalq artisti

16 December 2016, 16:32
Gündəm
“Belə də zülm olar? Konsert keçirəcəyim haqda xəbəri eşidər-eşitməz, yenə köhnə üsullara əl atıb, hücuma keçiblər”.Qafqazinfo” xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev sosial şəbəkədə yazıb. Müğənni bildirib ki, konsert üçün dövriyyəyə saxta dəvətnamə buraxıblar: “İşimə pəl vurmaqdan ötrü bilmirlər daha nələr etsinlər. Bir həftədir ki, dövriyyəyə su qiymətinə saxta dəvətnamə atıblar - susuram. İndi də başlayıblar şayiə buraxmağa ki, guya konsertdə fonoqramla oxuyacağam. Gözünüz nə vaxt doyacaq? Dil-ağzınız nə vaxt yalandan usanacaq? Adam deyillər e, səy yığınıdır! Camaatı gic yerinə qoymusuz?! Kiriyin də”.