Sosial şəbəkədə biz:

Moskvadan havaya qalxmış təyyarənin pilotu havada dünyasını dəyişib

17 December 2016, 19:47
Gündəm
Bu gün Moskvanın “Domodedovo” hava limanından havaya qalxmış kiçik həcmli alman təyyarəsinin pilotu havada olarkən huşunu itirib. Azinforum.az  “İnterfaks”a istinadən xəbər verir ki, təyyarənin ekipajı dərhal yerlə əlaqə saxlayıb və “Domodedovo”ya geri qayıdıb. Təyyarəni uçuş-eniş zolağında təcili tibbi yardım maşını qarşılayıb. Lakin pilotu xilas etmək mümkün olmayıb, o hava gəmisi yerə enənə qədər dünyasını dəyişibmiş.