Sosial şəbəkədə biz:

Təyyarələrin 1 milyon dollarlıq toqquşması

18 December 2016, 10:21
Gündəm
Xəbər verdiyimiz kimi, şənbə günü axşam Moskvanın “Şeremetyevo” hava limanında iki A-321 tipli sərnişin təyyarəsinin qanadları toqquşub. Azinforum.az  “RenTV” telekanalına istinadən bildirir ki, mütəxəssislərin gəldiyi qənaətə görə, toqquşma nəticəsində hava gəmilərinə təxminən 1 milyon dollarlıq zərər dəyib. *   *   *22:34 Bu gün axşam saatlarında Moskvanın “Şeremetyevo” hava limanında iki təyyarə toqquşub. Virtualaz.org RenTV telekanalına istinadən xəbər verir ki, hər iki təyyarə “Airbus-321” modelli olub. Onların qanadları bir-birinə toxunub. Mənbə bildirir ki, Moskva vaxtı ilə 20:50-də (Bakı vaxtı ilə 21:50) Vladivostoka uçmalı olan təyyarə yanacaq doldurduğu vaxt qoşqu ilə aparılan digər hava gəmisi ilə toqquşub. Hadisənin təfərrüatları araşdırılır.