Sosial şəbəkədə biz:

"Real" dünya çempionu oldu - VİDEO

18 December 2016, 23:39
Gündəm

Bu gün klublar arasında dünya çempionatına yekun vurulub.

AzVision.az xəbər verir ki, çempionatın final oyununda “Real Madrin” Yaponiya təmsilçisi “Kasima Antlers”lə qarşılaşıb. Oyun “Real”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Madrid klubunun 3 qolunu Kriştiano Ronaldo vurub. Qeyd edək ki, bu qələbə sayəsində “Real” tarixində 2-ci dəfə (ilk dəfə 2014-cü ildə) klublararası dünya çempionu olub.