Sosial şəbəkədə biz:

Yeni ildə əfv olmayacaq - Komissiya üzvü açıqladı

19 December 2016, 15:22
Gündəm
"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilmir”.
Bunu Əfv Məsələləri Komissiyanın üzvü Rəşad Məcid bildirib.
Komissiya üzvü fikrini belə əsaslandırıb: "Təbii ki, sərəncam verilməsi cənab prezidentin səlahiyyətində olan məsələdir. Amma əgər əfv olacaqdısa, indiyədək komissiya topalaşardı, iclaslar keçirilərdi. İndiyə qədər hər hansı iclas keçirilmədiyindən əfv olmayacaq”.