Sosial şəbəkədə biz:

İlham Əliyev: “Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik”

20 December 2016, 01:22
Gündəm
Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib. Prezidentin başsağlığı məktubunda bildirilir: “Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı. Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.