Sosial şəbəkədə biz:

Polkovnikin evindən 20 min dollar, qızıl əşyaları və iki silah oğurlandı

20 December 2016, 17:45
Gündəm
Bakıda mənzildən 20 min dollar, qızıl-zinət əşyaları və odlu silahlar oğurlanıb. Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 12 A, mənzil 26-da qeydə alınıb. Belə ki, naməlum şəxslər 1977-ci il təvəllüdlü Mayıl Şahverdiyevə məxsus mənzilə pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar. Mənzildə olan 20 000 ABŞ dolları, 20 000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd ov tüfəngi oğurlanıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Qeyd edək ki, ev sahibi M.Şahverdiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində polkovnikdir. Report