Sosial şəbəkədə biz:

İnşaatçılar dama qalxıb maaş tələb edirlər - BAKIDA

21 December 2016, 11:14
Gündəm
Heydər Əliyev prospektində yeni tikilən binanın fəhlələri etiraz aksiyası keçiriblər. “Qafqazinfo” xəbər verir ki, “İnter Arena”nın yanında yerləşən tikilidə çalışanlar 8 aydır maaş almadıqlarını bildiriblər. Maaşlarını tələb edən fəhlələr binanın damına çıxaraq haqlarını tələb ediblər.