Sosial şəbəkədə biz:

İşgəncələrə dözməyən məhbus dilini kəsdi- 13 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ

21 December 2016, 13:20
Gündəm
 “13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan  məhkum Cabbarlı Natiq Vaqif oğlu  2 aydır ki, müntəzəm olaraq  müəssisənin rəis müavini  Elçin Əlicanov tərəfindən fiziki və mənəvi işgəncələrə məruz qalır. Bu haqda Gununsesi.info-ya məhkumun atası  Vaqif Cabbarov məlumat verib. Onun sözlərinə görə, məhkum Natiq Cabbarlı cəza çəkdiyi müddətdə dəfələrlə rəis müavini E.Əlicanov tərəfindən döyülərək  karserə salınıb: “Sonuncu dəfə isə  oğlum Natiq Cabbarlı E.Əlicanov tərəfindən daha  dəhşətli işgəncələrə məruz qalanda isə, özünə qəsd edib. Hazırda  Natiqin vəziyyəti çox ağırdır. Onu Pentensiar Xidmətin  Bakıdakı Müalicə Müəssisəsinə köçürüblər”-, deyə məhkumun atası bildirib. Son anda əldə etdiyimiz məlumata görə, məhbus N.Cabbarlı işgəncələrə dözməyərək, dilini kəsib. Hazırda vəziyyəti ağırdır.