Sosial şəbəkədə biz:

Sabah hava yağmursuz keçəcək: duman, çiskin olacaq

22 December 2016, 13:32
Gündəm
Dekabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, şimal-qərb küləyi gündüz arabir güclənən mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun yarımadada gecə 3° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 6-8° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında isə arabir çiskinli olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 23-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti fonunda mülayim qış havası meteohəssas insanlar üçün əsasən əlverişlidir. Dekabrın 24-də atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.