Sosial şəbəkədə biz:

Qadın taekvondoçumuz qızıl medalın bir addımlığında - Canlı yayım 

16 June 2015, 15:44
Gündəm
Bu gün Avropa Oyunlarında taekvondoçuların mübarizəsi başlayır.   Axar.az xəbər verir ki, idmançılar ilk yarış günündə 2 çəki dərəcəsində mübarizə aparacaqlar.   Kişilər   58 kq çəki dərəcəsində Məhəmməd Məmmədov ölkəmizi təmsil edəcək. O, israilli Gili Haimovitslə qarşılaşacaq. Görüş saat 10:45-də başlayacaq.   Qadınlar   49 kq çəki dərəcəsində Patimat Abakarova Azərbaycanı təmsil edəcək. O, rusiyalı Aleksandra Liçaqina ilə qarşılaşacaq. Görüş bu gün saat 10:30-da başlayacaq.   10:37   49 kq çəki dərəcəsində Patimat Abakarova rusiyalı Aleksandra Liçaqina ilə qarşılaşıb. Görüş təmsilçimizin 7-1 qələbəsi ilə başa çatıb.   10:57   58 kq çəki dərəcəsində Məhəmməd Məmmədov israilli Gili Haimovitslə qarşılaşıb. Görüş təmsilçimizin 7-4 qələbəsi ilə başa çatıb. Taekvondoçumuz 1/4 finala yüksəlib.   14:55   58 kq çəki dərəcəsində Məhəmməd Məmmədov 1/4 finalda ispaniyalı Xesus Kabrela ilə qarşılaşacaq. Görüş 15:15-də start götürəcək.   ***   49 kq çəki dərəcəsində Patimat Abakarova 1/4 finalda yunan İonna Koutsou ilə qarşılaşacaq. Görüş 15:30-da başlayacaq.   15:26   58 kq çəki dərəcəsində Məhəmməd Məmmədov 1/4 finalda ispaniyalı Xesus Kabrela ilə qarşılaşıb. Görüş təmsilçimizin 8-3 məğlubiyyəti ilə başa çatıb.   15:37   49 kq çəki dərəcəsində Patimat Abakarova 1/4 finalda yunan İonna Koutsou ilə qarşılaşıb. Görüş 4-2 təmsilçimizin qələbəsi ilə başa çatıb.