Sosial şəbəkədə biz:

Masallıda icra başçısına qarşı qiyam - kütləvi aclıq aksiyası

Masallı ziyalılarının aclıq aksiyası davam edir.
"Masallı Ziyalıları” Ictimai Birliyinin sədri Məmmədağa Eynullayev "Azadlıq”a bildirib ki, bir neçə ziyalı səhhətindəki problemə görə aksiyanı dayandırıb. "Ümumilikdə 120 nəfər aksiyaya başlamışdı. Onlardan 10-a yaxını aksiyanı dayandırmaq məcburiyyətində qalıb. Aksiya müddətsizdir. Biz icra başçısı Rafil Hüseynovun qanunsuz əməllərinə son qoyulması üçün mübarizə aparırıq. Sona qədər mübarizə aparmaqda israrlıyıq”,- deyə Məmmədağa Eynullayev bildirib.
Onun sözlərinə görə, hələ ki, yerli rəhbərlik aksiyaya müdaxilə etməyib, iştirakçılara hər hansı təzyiq yoxdur: "Aksiyanı hər kəs öz evində keçirir. Ona görə müdaxilə məsələsi bir qədər müşküldür. Hələlik iştirakçılara təzyiq də yoxdur. Lakin istisna deyil ki, Masallı rəhbərliyi bunun qarşısını almağa cəhd etsin”.
Xatırladaq ki, Masallı ziyalıları rayonun icra başçısı Rafil Hüseynovun qanunsuzluqları ilə bağlı dəfələrlə ölkə başçısı Ilham Əliyevə müraciət ediblər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol