Sosial şəbəkədə biz:

“Aydın yol” qəzetinin çapı dayandı

23 December 2016, 21:40
Gündəm
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzeti fəaliyyətini dayandırıb. Teleqraf.com-un verdiyi məlumata görə, bu barədə Mərkəzin dierktoru Afaq Məsud əmr imzalayıb. Qəzet əməkdaşlarının Mərkəzdə işlə təmin olunacağı gözlənilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Prezidentinin 2012-ci il 23 may tarixli Sərəncamıyla yaradılıb. Bu yaxınlarda Prezidentin digər sərəncamı ilə qurum publik hüquqi şəxslərin siyahısına daxil edilib. Mərkəzin həftəlik “Aydın yol” qəzeti 2014-cü ilin sentyabrından nəşr olunurdu.