Sosial şəbəkədə biz:

Tramp Obamanın fərmanlarını ləğv edəcək

26 December 2016, 10:48
Gündəm
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyasından sonra Barak Obamanın imzaladığı fərmanların 70 faizini ləğv edəcək. TASS-ın verdiyi məlumata görə, bunu Fox News telekanalında Donald Trampın yaxın etibarlı şəxslərindən biri, Konqresin Nümayəndələr Palatasının keçmiş spikeri Qinqriç Nyut deyib. N.Qinqriç B.Obamanın siyasətini tənqid edib. "Barak Obamanın 60% - 70% faiz fərmanları Donald Tramp tərəfindən ləğv olunacaq", - deyə Qinqriç Nyut vurğulayıb. Keçmiş spiker onu da qeyd edib ki, bunun üçün səviyyəli vəkillər komandasının işi tələb olunur.