Sosial şəbəkədə biz:

Moskvada 3 vağzalda bomba həyəcanı - 3 min insan evakuasiya edilib

26 December 2016, 15:16
Gündəm
Moskvanın mərkəzində vağzallardan 3 minə yaxın insan təxliyə edilib. "Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Kazan, Yaroslavl və Leninqrad vağzallarında təxminən 3 minə yaxın əməkdaş və sərnişin evakuasiya edilib. Buna anonim zənglər səbəb olub. Belə ki, naməlum şəxslər polis orqanlarına zəng edərək hər üç vağzalda bomba olduğunu deyiblər.