Sosial şəbəkədə biz:

“AKKORD” ŞİRKƏTİNİN İNŞA ETDİYİ YAŞAYIŞ BİNASINDA DAHA BİR YANĞIN OLUB

25 December 2016, 18:11
Gündəm
Dekabrın 24-də Abşeron rayonunda "AKKORD” şirkəti tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən 11-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 9 p.m. yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzillər yanğından mühafizə olunub. Yanğın saat 19:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Azinforum.az bildirir ki, hadisə Bakı-Sumqayıt magistral yolunun kənarında yerləşən Abşeron Gənclər Şəhərciyində baş verib. Şəhərciyə qazın verilməməsi səbəbindən elektrik naqillərində baş verən yüklənmə anoloji hadisələrə səbəb olur. Bu  bir ay ərzində baş verən 3-cü oxşar hadisədir. Sakinlər bildirir ki, 5 ildir onları qaz verəcəklərilə aldadırlar, lakin ortada heç nə yoxdur: "Hər gün gəlib qazları yoxlayıllar. Bizi qaz verəcəklərilə aldadırlar. Ara sakitləşən kimi çıxıb gedirlər".