Sosial şəbəkədə biz:

Mikayıl Cabbarov federasiya prezidenti olacaq

Bu gün Milli Olimpiya Komitəsində Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçiriləcək. Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun "Report"a verdiyi məlumata görə, iclasda federasiyaya yeni prezident seçkisi keçiriləcək. M.Rəhimov bildirib ki, bu vəzifəyə yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovdur: "Biz badmintonda kütləvilik yaratmaq istəyirik. Bunun üçün imkanlar da var. Orta və ali məktəblərin idman zalları vasitəsilə, eləcə də şagird və tələbələrdə maraq yaratmaqla badmintonu inkişaf etdirmək olar". Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının əvvəlki prezidenti Kamal Abdulla olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol