Sosial şəbəkədə biz:

Professorun keçmiş bazarkomunun oğlunun maşınını oğurladılar

28 December 2016, 12:43
Gündəm
Rusiya paytaxtında “Sadovod” bazarının keçmiş direktoru Valeri Pliyev polisə şikayət edərək oğluna məxsus “Toyota” avtomobilinin naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, avtomobilin dəyəri 1.5 milyon rubldur. Avtomobilin hansı şəraitdə oğurlandığı məlum deyil. “Sadovod” bazarı azərbaycanlı milyarder-oliqarx, lakin özünü daha çox hüquq professoru kimi reklam edən İlham Rəhimova və ortaqlarına məxsusdur. Bazarın adı tez-tez kriminal xronikalarda hallanır.