Sosial şəbəkədə biz:

Ermənistan biri zabit olmaqla 3 hərbçisini itirib - Cəbhədə gərginlik

29 December 2016, 13:09
Gündəm
Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Ermənistan ordusunun 3 hərbçisi həlak olub.Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirinin mətbuat katibi Arsrun Ovanisanyan məlumat verib. O, bildirib ki, hərbçilər Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyat zamanı ölüblər. Onların 2-si əsgər, digəri isə zabit olub. Ovannisyanın sözlərinə görə, atışma zamanı bir azərbaycanlı diversant da öldürülüb, onun cəsədi Ermənistan tərəfində qalıb.