Sosial şəbəkədə biz:

Qorxunc gecənin şahidi: “Avtomatla insanları biçirdilər”

01 January 2017, 10:40
Gündəm
Yeni il gecəsi İstanbulda “Reina” gecə klubunda baş verən terror hadisəsinin şahidlərindən biri də Sinem Uyanıkdır. Sinem həmin dəhşətli anları belə xatırlayır: “Həyat yoldaşımla oradaydıq. Əylənirdik. Birdən çaxnaşma düşdü. Camaat bir-birini tapdalayıb qaçırdı. Ərim mənə qorxma dedi. Üstümə yıxıldı. Ərimə 3 güllə dəydi. Kabus kimi bir gecə idi. İki nəfər avtomatla qarşısına keçəni biçirdi. İçərini barıt iyi bürümüşdü. Həyəcandan özümdən getdim. Ayılanda ərimi qan içində gördüm. Ətrafda insanlar hamısı qan içindəydi”.(Publika.az)