Sosial şəbəkədə biz:

Bayram günləri Bakıda 369 nəfər xəstəxanaya yerləşdirilib

02 January 2017, 16:41
Gündəm
Bakıda bayram günləri təcili yardıma çağırışların sayı açıqlanıb. Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-ın sorğusuna verilən cavaba görə, dekabrın 31-də təcili yardıma 2855, yanvarın 1-də isə 2994 çağırış olub. Nəticədə dekabrın 31-də 183, yanvarın 1-də isə 186 nəfər xəstəxanaya yerləşdirilib. Təcili yardıma şikayətlər daha çox qızdırma ilə bağlı olub.