Sosial şəbəkədə biz:

DİN-dən meyitləri tapılan əcnəbilərlə bağlı Açıqlama

03 January 2017, 15:11
Gündəm

Daxili İşlər Nazirliyi Azərbaycanda dəm qazından boğulan Kamerun vətəndaşlarının ölümü ilə bağlı məlumat yayıb.

DİN-dən verilən məlumata görə, yanvarın 1-də Kamerun vətəndaşı Njonjoh Hans Ekumun Yasamal rayonu ərazisində kirayə yaşadığı evdə onun və həmyerliləri Nzemele Esambe Linus, Senan Hke, Takem Paul Atah və Nikvanti Nombe Levisevin üzərlərində zorakılıq əlamətləri görünməyən meyitləri tapılıb. Onların dəm qazından zəhərlənərək ölmələri ehtimal olunur. Araşdırmalar zamanı evin hamam otağında olan su qızdırıcı qurğunun yanaraq yararsız hala düşməsi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.