Sosial şəbəkədə biz:

Lənkəranda itkin düşmüş qızın qardaşı tərəfindən öldürüldüyü məlum olub

04 January 2017, 11:00
Gündəm
Lənkəran rayonunda 4 il əvvəl itkin düşən bacının qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub. Hadisə rayonun Nərimanabad 1 qəsəbəsində baş verib.  Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Ağayev Fuad Polad oğlu itkin düşən bacısı Təranə Ağayevanın öldürülməsində şübhəli şəxs qismində saxlanılıb. F.Ağayev hüquq-mühafizə orqanlarına ifadəsində bacısı 1988-ci il təvəllüdlü T.Ağayevanı ailə münaqişəsi zəminində öldürdüyünü və meyidi Nərimanabad 1 qəsəbəsində yaşayış yeri olmayan ərazidə basdırdığını etiraf edib. Yanvarın 4-də Lənkəran Rayon Prokurorluğunun əməkdaşlarının iştirakı ilə T.Ağayevanın meyidi basdırıldığı yerdən ekskumasiya olunacaq və ekspertizaya göndəriləcək. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.