Sosial şəbəkədə biz:

Əliyev uduzdu, Hacıyevdən inamlı qələbə - Yenilənir 

18 June 2015, 13:37
Gündəm
09:49   Bu gün Bakı-2015-də sərbəst güləş yarışlarının son görüşləri baş tutacaq. Axar.az xəbər verir ki, 4 çəki dərəcəsində güləşçilərimiz mübarizə aparacaq.   61 kq çəki dərəcəsində təmsilçimiz Hacı Əliyev 1/8 finalda erməni Valodiya Franqulyanla görüşəcək. Qarşılaşma saat 10:49-da başlayacaq. 70 kq çəki dərəcəsində Ruslan Dibirhacıyev 1/8 finalda bolqar Miroslav Kirovla polşalı Maqomedmurad Hacıyevin qalibi ilə görüşəcək. 86 kq çəki dərəcəsində təmsilçimiz Nurmaqomed Hacıyev 1/8 finalda bolqarıstanlı Georgi Sredkovla üz-üzə gələcək. Qarşılaşma saat 10:56-da başlayacaq. 125 kq çəki dərəcəsində Camaləddin Maqomedov ilk görüşünü litvalı Yonas Rudaviçiusla keçirəcək. Qarşılaşma saat 10:21-də başlayacaq. 10:30   Camaləddin Maqomedov ilk görüşdə litvalı Yonas Rudaviçiusu 4-0 udaraq 1/8 finala yüksəlib. 10:56   Hacı Əliyev 1/8 finalda erməni Valodiya Franqulyanla görüşür. 11:07   Görüş Əliyevin 3-0 qələbəsi ilə başa çatıb. Nurmaqomed Hacıyev 1/8 finalda bolqarıstanlı Georgi Sredkovla üz-üzə gəlib. Görüş Hacıyevin 4-1 hesablı qələbəsi ilə başa çatıb. 11:45   Camaləddin Maqomedov 1/8 finalda türkiyəli Taha Akgüllə görüşüb. Təmsilçimiz 3-1 məğlub olub. 12:14   Ruslan Dibirhacıyev 1/8 finalda polşalı Maqomedmurad Hacıyevlə görüşüb. O, rəqibinə 3-1 məğlub olub.   ***   Nurmaqomed Hacıyev 1/4 finalda rusiyalı Əbdülrəşid Sadulayevlə qarşılaşıb. Görüş Hacıyevin 4-1 məğlubiyyəti ilə başa çatıb. 12:21   Hacı Əliyev 1/4 finalda slovak Mykola Bolotnyukla görüşüb. Qarşılaşma Əliyevin 4-0 qələbəsi ilə başa çatıb və o, yarımfinala yüksəlib.   ***   Hacı Əliyev yarımfinalda rus Aleksandr Boqomoyevlə qarşılaşacaq. Görüş 12:41-də start götürəcək. 13:27   Hacı Əliyev yarımfinalda rus Aleksandr Boqomoyevlə qarşılaşıb. O, rəqibinə 3-1 məğlub olub. Əliyev bürünc medal uğrunda mübarizə aparacaq.   ***   Nurmaqomed Hacıyev təsəlliverici mərhələdə italiyalı Zuz Tudorla görüşüb. O, rəqibini 4-0 məğlub edib. Hacıyev bürünc medal uğrunda mübarizə aparacaq.