Sosial şəbəkədə biz:

Türkiyədə avtobus sürücüsü azərbaycanlı qadını zorlayıb

07 January 2017, 12:42
Gündəm
Türkiyədə avtobus sürücüsü Azərbaycan və Türkiyə vətəndaşı olan 37 yaşlı qadını zorlayıb.
APA-nın “Posta” qəzetinə istinadən verdiyi xəbərə görə, paytaxt Ankarada S. adlı qadın mindiyi avtobusun sürücüsü tərəfindən elə avtobusdaca hücuma məruz qalıb.
Avtobus sürücüsü 2 uşaq anasını uzun yalvarışdan sonra sərbəst buraxıb.
Hadisədən sonra qadın hüquq-mühafizə orqanlarına şikayət edib. Qadının şikayəti əsasında prokurorluğa çağırılan sürücü İbrahim T. məhkəmənin qərarı ilə həbs olunub.