Sosial şəbəkədə biz:

Türkiyədə 2 milyondan çox insan Həcc ziyarətinə getmək istəyir

12 January 2017, 21:22
Gündəm
Türkiyədə Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 2 milyondan çoxdur. "Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, ziyarətə getmək üçün 335 min insan bu il ilk dəfə qeydiyyatdan keçib. 1 milyon 700 min hacı namizədi əvvəldən qeydiyyatda olduğu üçün yeniləri ilə birlikdə onların sayı 2 milyonu ötüb. Qeyd edək ki, ötən il Türkiyədən Həcc ziyarətinə 59 min 200 zəvvar gedib. Bu il Həcc kvotası artılaraq 80 minə çatdırılıb.