Boksçumuz ermənini uddu- Yenilənir
Bu gün Avropa Oyunlarında boks yarışları da keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, əlcək ustalarının yarışında Azərbaycanı 2 idmançı təmsil edəcək. İdmançılarımız ¼ finala adlamaq uğrunda mübarizə aparacaqlar. 52 kq çəki dərəcəsində Elvin Məmişzadə irlandiyalı Kasey Myleslə görüşəcək. Bu qarşılaşma saat 14:15-də olacaq. 60 kq çəki dərəcəsində Albert Səlimov gürcüstanlı Otar Eranasyanla saat 15:15-də üz-üzə gələcək. *** Elvin Məmişzadə 1/4 finala yüksəlib. "24 yaşlı idmançı 1/8 finalda irlandiyalı Mayls Keysini məğlub edib. Üç raundluq döyüşdə 29:27, 30:25, 29:28 hesablı üstünlük əldə edən E.Məmişzadə yekunda qələbəyə nail olub - 3:0. Onun 1/4 finaldakı rəqibi Daniel Asenov (Bolqarıstan) - Linares de la Nieve (İspaniya) cütünün qalibi olacaq. *** Albert Səlimov Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gəlib. Hər üç raundda udan Səlimov 1/4 final mərhələsinə çıxıb.