Sosial şəbəkədə biz:

“Tramp dünyanı daha yaxşı edəcək” - Ağalarov

19 January 2017, 12:33
Gündəm
Müğənni Emin Ağalarov sabah andiçməsi baş tutacaq ABŞ-ın yeni prezidenti Donald Trampa uğurlar arzulayıb.Qafqazinfo” xəbər verir ki, Ağalarov instagram hesabında Trampın prezident seçiləcəyinə heç bir zaman şübhə etmədiyini yazıb: “Sabah prezident olma yolunda ona inananların az olmasına, dünya mediasının ona qarşı olmasına rəğmən, bu ağıllı, ambisiyalı və uğurlu insan nəhayət ki, Amerika Birləşmiş Ştatlarının prezidenti olacaq. Əminəm ki, o təkcə Amerikanı yenidən güclü etməyəcək, həmçinin dünyanı daha yaxşı edəcək. Uğurlar sizə, cənab prezident Tramp. Mən sizdən heç bir zaman, bir saniyə belə olsun şübhə etməmişəm”.