Qarabağ münaqişəsi: artan məyusluq və müharibə təhlükəsi
Bu həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransı və növbəti gün onun Azərbaycan həmkarı Elmar Məmmədyarovun verdiyi müsahibədən sonra bəzi ekspertlər iki ölkə arasında məyusluğun artdığını düşündüklərinin bildiriblər.
Cənab Məmmədyarov Rusiyanın münaqişə ilə "bütün ciddiliyi ilə məşğul" olduğu halda status-kvonun dəyişəcəyini vurğulayıb. Lakin BBC Azərbaycancaya şərh verən ekspertlər münaqişənin həllini qısa zamanda böyük ehtimal olmadığını və yaz aylarında hərbi əməliyyatların yenidən başlamasına artan təhlükə olduğunu deyiblər. Lavrovun Qarabağ "yalnız Azərbaycanın daxili işlərinə aidiyyatı olan bir mövzu deyil" bəyanatı yerli müşahidəçilərdə narahatlıq yaratsa da, bəzi qərbli təhlilçilərə görə, Rusiyanın münaqişənin həllində rolu "şişirdilib".İki ölkə arasında "məyüsluq artıb"?
Xarici siyasət üzrə britaniyalı təhlilçi Dennis Sammut vəziyyəti BBC Azərbaycancaya təhlil edərkən cənab Lavrov və Məmmədyarovun şərhlərinin iki ölkə arasında yaranan məyusluğun nəticəsi kimi qiymətləndirdiyini deyib. Dr Sammut keçən ilin iyun ayında Ermənistan və Azərbaycan prezidentləri arasında Sankt Peterburqda keçirilən görüşdən sonra Azərbaycanın gözləntilərinə nail olmadığını və Rusiyanın verdiyi vədləri yerinə yetirmədiyindən məyus olduğunu düşündüyünü deyir. O yay aylarında Rusiya və Azərbaycan arasında əhvalın dəyişdiyini hiss etdiyini və aprel döyüşləri sonrası eforiyanın yox olduğunu deyir. Cənab Sammut Rusiyanın həmişə öz təşşəbüsü və ya Minsk Qrupunun "örtüyü" altında münaqişənin həllinə yönələn addımlar atdığını deyib və əlavə edib ki, "böyük irəliləyiş mümkün olduğu" anlarda Rusiya öz təşəbbüsü ilə bu imkanları reallaşdırmağa cəhd edib. Lakin o hazırda gərginliyin artığını və yaz aylarında gərginliyin artmasına və hərbi əməliyyatların başlanmasına böyük ehtimal olduğunu da vurğulayıb. Rusiya regiona hərbi müdaxilə etmək istəyir? Regional Tədqiqatlar Mərkəzinin direktoru Richard Giragosyan hesab edir ki, yaz aylarında hərbi əməliyyatların baş vermə ehtimalı arta bilər. BBC Azərbaycancaya verdiyi müsahibədə, cənab Giragosyan yaz aylarında gərginliyin artma ehtimalını havanın isinməsi ilə hərbi əməliyyatlar üçün daha münasib şəraitlər yaranmasından və yeni silah sistemlərinin əldə edilməsindən asılı olduğunu bildirib. Cənab Giragosyan həmçinin Azərbaycan və Rusiya arasında məyusluğun son zamanlar artdığını hiss edib. "Bu şərhlərin vaxtı da çox maraqlıdır" deyən cənab Giragosyan, Donald Trump-ın ABŞ prezidenti olması ilə Rusiyaya cənubi Qafqazda siyasi məsələlərin həllində daha çox imkan veriləcəyi fikrini irəli sürüb.
Fotonun müəllifiKAREN MINASYAN/AFP/GETTY IMAGESMüharibəyə dönüş?
Nüfuzlu politoloq, Carnegie İnstitutunun araşdırmaçı-təhlilçisi Thomas de Waal da yaz aylarında müharibə şansının "təəssüf ki," artacağını düşünür. Lakin cənab de Waal-ın zənnincə, "Rusiyanın rolu çox şişirdilib" və bu ölkənin münaqişəni idarə etmək qabiliyyətinə malik olmasının "bir illyuziya" olduğunu deyib.
Rusiya "daha əzmkar" olmalıdır
YAP İcra Katibliyinin şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə Azərbaycan və Rusiya arasında narazılığın artması barədə iddiaları rədd edib və Rusiyanı Azərbaycana dost ölkə və qonşu adlandırıb. Cənab Mirzəzadənin fikrincə, ATƏT Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün və münaqişənin beynəlxalq hüquqi normalar çərçivəsində həll olunması üçün Ermənistana təyziq göstərməlidir.
Fotonun müəllifiMEYDANTV