Sosial şəbəkədə biz:

Siqaretlər yenidən bahalaşdı

25 January 2017, 22:29
Gündəm

Azərbaycanda pərakəndə satışda olan tütün məmulatlarının qiyməti bahalaşıb.

AzVision.az xəbər verir ki, siqaretlərin qiymətində orta hesabla 20-50 qəpik artım müşahidə olunur. Satıcılar deyir ki, qiymət artımı bəzi markalara şamil olunub. Onların sözlərinə görə, "West" kompakt 20 qəpik bahalaşaraq 2 manat olub. "Kent" isə 50 qəpik bahalaşıb. Bu siqaretin yeni qiyməti 3 manatdır. Qeyd edək ki, sonuncu bahalaşmadan sonra "West" kompakt 1.90 AZN, "Kent" isə 2.50 AZN idi.