Sosial şəbəkədə biz:

“Xəzər”də 3 serial birdən bağlandı - Fotolar

26 January 2017, 13:12
Gündəm
Xəzər TV-də üç serial yayımdan qaldırılıb.Qafqazinfo” xəbər verir ki, “İki ömür”, “28 İyun” və “Son addım” serialları tamaşaçılarla vidalaşıb. Bu barədə dekabr ayının sonunda qərar qəbul edilib. Seriallar bir neçə həftədir ki, efirdə verilmir. Bildirilib ki, hər üç serialın reytinq göstəriciləri ürəkaçan olmayıb. Bu səbədən ekran işlərinin yayımı dayandırılıb. Bundan əlavə, həftədə bir dəfə yayımlanan “Cehizsiz gəlinlər” serialının isə vaxtı uzadılıb. Reytinq siyahısında yüksək nəticə əldə edən ekran işi həftənin 5 günü tamaşaçı qarşısına çıxır. “Xəzər”də 3 serial birdən bağlandı -  Fotolar