Sosial şəbəkədə biz:

Yunanıstan 8 hərbçi FETÖ-çunu Türkiyəyə qaytarmadı - QƏRAR

26 January 2017, 20:06
Gündəm
Yunanıstan Ali Məhkəməsi ötən il Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonra bu ölkəyə sığınmış səkkiz türk hərbçisini ekstradisiya etməkdən imtina edib. Trend-in məlumatına görə, məhkəmə hərbçilərin Türkiyədə ədalətli mühakimə olunacağına şübhə ilə yanaşdığını qeyd edib. Məhkəmə qərarına əsasən, hərbçilər azadlığa buraxılıb və onlara Yunanıstan ərazisində sərbəst hərəkət etmək hüququ verilib.