Sosial şəbəkədə biz:

"Ohanyan böyük təhlükədir" - Balasanyan

28 January 2017, 14:14
Gündəm
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın davranışı böyük təhlükədir. AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərlə açıqlamasında qondarma DQR-in təhlükəsizlik şurasının katibi, general Vitali Balasanyan bildirib. Eks müdafiə naziri Seyran Ohanyanın hakimiyyətin ünvanına tənqidi çıxışlar etməsinə gəlincə Vitali Balasanyan bildirib: “ Bu çox təhlükəlidir. Heç bir şəxs xüsusəndə güc strukturunun keçmiş rəhbəri olan şəxsin həm mənəvi və rəsmi cəhətdən, həm hərbi əməliyyatların iştirakçısı, həm də insan kimi belə münasibət göstərmək hüququ yoxdur”. Ermənistanda parlament seçkilərinin yaxınlaşdığını deyən Vitali Balasanyan daxili siyasi gərginlikdən imtina etməyə çağırıb.