Sosial şəbəkədə biz:

Nursultan Nazarbayev Azərbaycana gəlir

30 January 2017, 18:42
Gündəm
Yaxın vaxtlarda Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edəcək. Bunu virtualaz.org-a ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib. “Hazırda iki ölkənin xarici siyasət idarələri prezident Nursultan Nazarbayevin səfərinin proqramı üzərində işləyirlər”, - səfir deyib. Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan və Ermənistana 2016-cı ilin oktyabr ayının 13-14-ü tarixlərində səfər etməli idi. Lakin dövlət başçısının xəstəliyi üzündən səfər təxirə salınmışdı.