Sosial şəbəkədə biz:

Eyfel qülləsinin işıqları söndü

31 January 2017, 10:03
Gündəm
Fransanın paytaxtı parisdə Eyfel qülləsinin işıqları söndürülüb. Trend-in məlumatına görə, bu, Kanadanın Kvebek şəhərində məscidə hücum nəticəsində ölənlərin xatirəsini yad etmək üçün edilib. Məlumata görə, qüllədə işıqlar gecə saat 12:00-da söndürülüb. Eyfel qülləsinin Twitter səhifəsində yerləşdirilimiş mikrobloqda hüzn və başsağlığı ifadə olunub. Qeyd edək ki, Kanadanın Kvebek vilayətində məsciddə baş verən atışma nəticəsində 5 nəfər ölüb. Hadisə 3 silahlı şəxs tərəfindən dualar zamanı törədilib. Atışma zamanı məsciddə təxminən 40 nəfər olub. Polis əməkdaşları tərəfindən məsciddə baş verən atışma ilə bağlı iki şübhəli şəxs saxlanılıb.