Sosial şəbəkədə biz:

Qar Binə-Mərdəkan və Buzovna-Zaqulba yolunu bağladı

31 January 2017, 11:09
Gündəm
"Binə qəsəbəsindən Mərdəkana, eyni zamanda Buzovna, Zaqulba istiqamətində sürət həddi bütün zolaqlar üzrə endirilərək 60 km/saat müəyyən edilib". Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Məlumata görə, bu addımın atılmasında səbəb qeyd edilən avtomagistralda yolun hərəkət hissəsinin qarla örtülməsidir. BNA paytaxt yollarına nəzarəti gücləndirib. Mövcud vəziyyətlə bağlı operativ şəkildə məlumat veriləcək.