Sosial şəbəkədə biz:

Ramil Usubovdan general Əsədullayevin yerinə - Təyinat

31 January 2017, 13:10
Gündəm
Daxili işlər naziri Ramil Usubov yeni kadr təyinatı həyata keçirib.Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, nazir DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi polkovnik Heydər Heydərovu İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə rəis təyin edib. Xatırladaq ki, bu idarənin əvvəlki rəisi general Şərif Əsədullayev yaş həddi ilə bağlı bir neçə gün əvvəl istefaya göndərilib. DİN-in mətbuat xidməti xəbəri "Qafqazinfo"ya təsdiqləyib.