Qubada ata 13 yaşlı qızını qətlə yetirdi
Quba rayonunda qətl hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Alpan kəndində qeydə alınıb.
Kənd sakinlərinin sayta verdiyi məlumata görə, kənd sakini Əşrəf Süleymanov qızı - 13 yaşlı Səfurəni bıçaqlayaraq qətlə yetirib.
Atanın ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.