Sosial şəbəkədə biz:

Adil Qəribov vəzifəsindən azad edildi

AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın strukturunda bəzi kadr dəyişiklikləri müzakirə olunub. AMEA-nın müxbir üzvü Əyyub Quliyev akademiyanın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsindən azad edilib. Qərara əsasən, AMEA-nın müxbir üzvü Namiq Cəlilov rəsədxananın direktor vəzifəsini icra edən təyin olunub. Eyni zamanda, akademik Adil Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad edilib. Fizika elmləri doktoru Oqtay Səmədov institutun direktoru vəzifəsini icra edən təyin olunub ("report"). Redaksiyadan: Qeyd edək ki, hələ bir müddət əvvəl, Strtaeq.az saytı  "Adil Qəribov istefaya məcbur edilir-10 minlik dissertasiya qalmaqalı" başlıqlı yazı təqdim etmişdi. Həmin yazıda Adil Qəribovun istefaya göndəriləcəyilə bağlı məlumat da vermişdi. Bu gün qəbul edilən qərar sayt tərəfindən təqdim edilən informasiyanın öz təsdiqini tapması anlamına gəlir. Sözügedən yazı ilə bu linkdən tanış ola bilərsiniz: http://strateq.az/manshet/4899-adil-q%C9%99ribov-istefaya-m%C9%99cbur-edilir-color-red-10-minlik-dissertasiya-qalmaqal%C4%B1.html


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol