Ermənistan ordusuna məxsus avtomobil qəzaya uğradı
Ermənistanda “Ural” markalı hərbi avtomobil qəzaya uğrayıb. tert.am xəbər verir ki, hadisə Qafan rayonu ərazisində baş verib.
Qəza nəticəsində 26 hərbçi xəsarət alıb. Onlar hospitala yerləşdirilib.
Ölənlər haqqında hələlik məlumat verilmir.