Sosial şəbəkədə biz:

Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirlər görülür - Dövlət Komissiyası

02 February 2017, 14:17
Gündəm
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür. Bu barədə Trend-ə Dövlət Komissiyasından məlumat verilib. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.