Arif Alışanovun qohumu qələbə qazandı - Avropa Oyunlarında
Bu gün Bakı-2015 I Avropa Oyunlarında cüdo yarışlarına start verilib. 60 kq şəkidə Belarusu təmsil edən Azərbaycan əsilli Arif Bağırov 1/16 finalda Yan Siçardini (Monteneqro) məğlub edib. " Azinforum.az " AzNews.az-a istinadən xəbər verir ki, o, 1/16 finalda Azərbaycan idmançısı Orxan Səfərovla üz-üzə gələcək. Qeyd edək ki, Arif Bağırov AzTV-nin sədri Arif Alışanovun qaynı Natiq Bağırovun oğludur. Sambo və cüdo uzrə 4 dəfə dunya, 5 dəfə Avropa çempionu olan Natiq Bağırov uzun müddətdir ki, Belarusda yaşayır və Azərbaycan diasporuna rəhbərlik edir.