Sosial şəbəkədə biz:

AZAL Naxçıvan aviareyslərinin sayını azaldıb

03 February 2017, 11:32
Gündəm

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu ilə hər gün həyata keçirdiyi aviareyslərin sayı fevral ayının 6-dan 4-nə qədər azaldılıb.

Bunu AzVision.az -a açıqlamasında AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib. Onun sözlərinə görə, aviareyslərin sayının azaldılmasına səbəb tələbatın az olmasıdır: “Sərnişinlərin sayı artarsa, tələbat yaranarsa, uçuşların sayı yenidən artırılacaq”, - deyə AZAL rəsmisi bildirib.