Sosial şəbəkədə biz:

MTRŞ: Telekanalların hərbi-vətənpərvərliklə bağlı proqram siyasəti bizi qane etmir

“2014-cü ilin son və 2015-ci ilin ilk rübündə aparılmış monitorinqlərin nəticələri açıqlandıqdan sonra bəzi telekanallar öz efirlərində hərbi-vətənpərvərliklə bağlı mövzuya korrektə etdilər.
Lakin biz bundan daha yüksək nəticələr gözləyirik. Çünki bu gün Azərbaycan efirində şou verilişlər baş alıb gedir. Həmin şou verilişlərin yerinə daha çox hərbi-vətənpərvərlik proqramları yayımlanmalıdır. Müəyyən irəliləyişə baxmayaraq, təbii ki, hazırki vəziyyət bizi qane etmir”.
Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
T. Dadaşov bildirib ki, son hesabatda efir səbətində hərbi-vətənpərvərlik mövzusunda verilişlərə rast gəlinməyən bəzi kanallar bu məsələyə diqqət ayırmağa başlayıb: “Kanallar özləri bu işə diqqət yetirməlidirlər. Son hesabatda İTV, ATV, ANS və “Region” televiziyalarında hərbi-vətənpərvərlik verilişləri yayımlanması qeyd olunmuşdu. Bu məsələ ilə bağlı həmin telekanallarda müsbət tendensiya davam etməkdədir. “Space”, “Xəzər” və “Lider” telekanallarının efir səbətində isə hərbi-vətənpərvərlik mövzusunda verilişlərə rast gəlinmirdi.
“Lider” telekanalı açıq şəkildə Şuranın iradlarını qəbul etdiyini bəyan etdi. Bəli, biz sonradan “Lider” televiziyasında, tək hərbi-vətənpərvərlik yox, ümumiyyətlə, vətənpərvərlik mövzusunda verilişlərin, tok-şouların, sənədli filmlərin sayının artmasını müşahidə edirik”.
MTRŞ rəsmisi qeyd edib ki, telekanallarda monitorinqlər davamlı şəkildə aparılır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol