Sosial şəbəkədə biz:

Hadı Rəcəbli "qalmaqallı iclas"ı təxirə saldı

04 February 2017, 15:46
Gündəm
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək iclası təxirə salınıb Ölkə.Az xəbər verir ki, iclasın təxirə salınmasının səbəbləri hələlik məlum deyil. Komitə iclasında "Əmək pensiyaları haqqında" qanununa dəyişiklik layihəsinin müzakirəyə çıxarılması planlaşdırılmışdı. Fevralın 6-da keçirilməsi nəzərdə tutulan iclasa az sayda-yalnız hökuməti təmsil edən media orqanları dəvət olunmuşdu. Bu qərar digər jurnalistlərin etirazına səbəb olub. Qeyd edək ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir.