Sosial şəbəkədə biz:

 Avropa Məhkəməsi  dünyasını dəyişən  azərbaycanlı məhkumu haqlı saydı

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan vətəndaşı Ofeliya İsayevanın Azərbaycan dövlətinə qarşı iddiasını təmin edib. Azadliq.info xatırladır ki, 1957-ci il təvəllüdlü qadın dələduzluq və narkotik maddələrin saxlanmasında təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. O.İsayeva bu hökmə etiraz olaraq yuxarı instansiya məhkəməsinə müraciət etmiş, amma bu proses davam edən vaxt həbsxanada vəfat etmişdi. Onun adından Avropa Məhkəməsinə bacısı müraciət edib. Avropa Məhkəməsi Ofeliya İsayevanın haqlarının pozulduğunu təsdiqləyərək, 13 min avro məbləğində təzminat müəyyən edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol