Sosial şəbəkədə biz:

Sabiq icra başçısının oğlu polis rəisi təyin edilib

06 February 2017, 13:07
Gündəm
Azərbaycanın daxili işlər orqanlarında yeni kadr təyinatı olub. "Report" xəbər verir ki, polis polkovnik-leytenantı Faiq Hüseynov Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Pasport və Qeydiyyat Şöbəsinin rəisi təyin edilib. Qeyd edək ki, F.Hüseynov əvvəllər Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışıb. O, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Hüseyn Hüseynovun oğludur.